“Kamran Ağayevin “Xəzər Lənkəran” qarşısında öhdəliyi var”. Bunu Lent.az-a eksklüziv açıqlamasında “Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov deyib.
O bildirib ki, Azərbaycan milli komandasının qapıçısının klubla müqaviləsi hələ davam edir. Mənsimovun sözlərinə görə, “Xəzər Lənkəran”la anlaşandan sonra istənilən klub Ağayevi öz sıralarına cəlb edə bilər. Hazırda 27 yaşlı qapıçıya ən real təklif “Bakı”dan gəlib. Mənsimov isə deyib: “Klubumuzla razılığa gəldikdən sonra “Bakı” nəyə görə də Kamranı heyətinə qatmasın?”
Qeyd edək ki, Kamran Ağayev “Xəzər Lənkəran”ın 2012-ci il iyulun 26-da Avropa Liqasında Polşa “Lex”i ilə keçirdiyi II təsnifat mərhələsinin cavab görüşündən sonra transferə çıxarılıb.