MDB çempionatında 2 ölkə olacaq?
30 yanvar 2013 15:43 (UTC +04:00)

MDB çempionatında 2 ölkə olacaq?

MDB-nin birləşmiş çempionatı hərəsində 18 komanda ilə 2 liqadan ibarət ola bilər. Lent.az-ın məlumatına görə, bu barədə çempionatın təşkilat komitəsinin sədri Valeri Qazzayev açıqlama verib.

 

O bildirib ki, Rusiyanın və Ukraynanın 36 komandasına dəvətlər göndərilib. Onlar çempionatın konsepsiyasını və strukturunu müzakirə etməkdən ötrü fevralın ortalarında iclasa çağırılacaqlar. Toplantıda digər məsələlərlə yanaşı, iki ölkə klublarının Avropa kuboklarında təmsilçiliyinə dair müzakirə də aparılacaq. Qazzayevin sözlərinə görə, vahid çempionat 2013-2014-cü il mövsümünün sonunda qurula bilər. Milli çempionatların yekunlarına əsasən, komandalar iki liqaya – yüksək və birinci diviziona bölünəcəklər.

 

Qeyd edək ki, bu yaxınlarda FİFA prezidenti Yozef Blatter MDB çempionatının keçirilməsinin mümkünsüzlüyünü açıqlayıb. O, Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıxdan Rusiya çempionatını qorumaq üçün hər şeyi etməsini istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar