Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə qadınlar arasında açıq çempionatının (Roland Garros) qalibi olub.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, iyunun 8-də Parisdə keçirilən həlledici oyunda S.Uilyams turnirin öətnilki qalibi, dünya ikincisi, rusiyalı Mariya Şarapovanı 2:0 hesabı ilə (6:4, 6:4) məğlub edib.
Final oyun 1 saat 46 dəqiqə sürüb.
Qeyd edək ki, bu, Serena Uilyamsın «Böyük dəbilqə» turnirlərində 16-cı, «Roland Garros» yarışmasında isə ikinci qələbəsidir.. O, ilk dəfə 2002-ci ildə «Roland Garros» turnirinin qalibi olub.
Onu da xatırlayaq ki, «Roland Garros» turnirinin bu ilki mükafat fondu 21 milyon 17 min avrodur.