Maradona yenidən yığmada
21 dekabr 2012 10:36 (UTC +04:00)

Maradona yenidən yığmada

Ötənlərin əfsanəvi futbolçusu Dieqo Maradona İraq milli komandasının baş məşqçisi olacaq. Lent.az-ın məlumatına görə, bu barədə Maradonanın agenti açıqlama verib.

O bildirib ki, Maradonanın İraq Futbol Federasiyasından (İFF) aldığı rəsmi təklifə cavabı müsbət olub. Dekabrın 21-də İFF İcraiyyə Komitəsi müqavilənin maliyyə detallarını təsdiqləməli və ardından rəsmi açıqlama verilməlidir.

 

 

Qeyd edək ki, Dieqo Maradonanın baş məşqçi qismində son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubu olub. O, 2011-ci ilin mayında 2 illik müqavilə bağladığı komandanı zəif nəticələri səbəbindən erkən tərk etməli olub. Bununla belə, Maradona “Əl-Vasl”da məsləhətçi vəzifəsində saxlanılıb. Daha öncə isə argentinalı sabiq hücumçu Argentina millisinin baş məşqçisi olub. 2010-cu il dünya çempionatında bu komanda ¼ finaladək irəliləyə bilib. İraq yığması hazırda FİFA reytinqində 92-ci pillədə qərarlaşıb.

# 791
avatar

Oxşar yazılar