Maradona İordaniya şahzadəsini dəstəklədi
05 may 2015 05:35 (UTC +04:00)

Maradona İordaniya şahzadəsini dəstəklədi

Beynəlxalq Futbol Federasiyası Assosiasiyasında (FİFA) anarxiya hökm sürür.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu əfsanəvi argentinalı futbolçu  Diego Maradona bəyan edib.

 

“Futbol dünyasında hamıya bəllidir ki, FİFA-da anarxiya hökm sürür. Bunun günahkarı isə heç nədən xəbəri olmayan Yozef Blatterdi. Məhz bu səbəbdən mən qurumun prezidenti postuna İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm”, deyə Maradona bildirib.

 

Qeyd edək ki, FİFA qurumun prezidenti seçkiləri üçün dörd nəfərin namizədliyini təsdiqləyib. Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn, Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu və Niderland Futbol Federasiyasının  prezidenti Mixael van Praaqdır. FİFA prezidentliyinə növbəti seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar