Futbol üzrə Mali yığma komandası Qana millisini 3:1 hesabı ilə məğlub edərək, Afrika Kuboku uğrunda yarışda üçüncü yeri tutub.
Lent.az-ın məlumatına əsasən, oyun Cənubi Afrika Respublikasının Port-Elizabet şəhərində keçirilib.
Mali futbolçuları hesabı 21-ci dəqiqdə açıblar. 3-cü qolu isə əlavə vaxtda vurublar.
Qanalılar 11 metrlik cərimə zərbəsini vura bilməsə də, ikinci hissə bir topla fərqi azalda bilib.
Bu iki milli komanda Afrika Kubokunun ötən ilki yarışlarında «təsəlliverici» oyunda görüşmüşlər. Onda da malililər qələbə qazanmışdı 2:0.