“Teymur Rəcəbov İddiaçılar Turnirində çox zəif çıxış etdi”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib. O bildirib ki, Böyük Britaniyanın paytaxtı Londonda başa çatan turnirdə şahmatçımızın uğursuz çıxışının səbəbləri yaxın vaxtlarda müzakirə olunacaq. Məmmədovun sözlərinə görə, Rəcəbovun turnirə hazırlıq planı gizli saxlanılıb. Bu, digər şahmatçıların xəbər tutmamaları üçün edilib. Şahmatçımızın nüfuzlu yarış öncəsi heç bir turnirdə iştirak etməməsinə gəldikdə, AŞF rəsmisi deyib: “Bu, Teymurun öz qərarı idi”.
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirində 8 şahmatçı arasında 4 xalla sonuncu yeri tutub.