Macarıstan boksçuları Budapeştin iki mühüm turist atraksiyonları qarşısında “Bakı-2015” I Avropa Oyunlarına dəstək olmaq üçün şəkil çəkdiriblər. Apasport.az saytının məlumatına görə, bu şəkillər Macarıstanın “Qəhrəmanlar meydanı” və “Parlament evi”nin önündə “Bakı-2015” Avropa Oyunlarına 100 gün qalması məqsədilə çəkilib.
Şəkillərdə boksçular əllərində “Salam Bakı” şüarı yazılmış plakatlar tutmaqla Oyunlara dəstək nümayiş etdiriblər.
Macarıstanlı idmançılar dost Azərbaycana qələbə əzmi ilə gedəcəklərinə, birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni, diqqətəlayiq səhifəyə çevriləcəyinə əminliyini ifadə ediblər.