Lüksemburq – Azərbaycan matçının hakimləri açıqlandı
13 mart 2013 18:51 (UTC +04:00)

Lüksemburq – Azərbaycan matçının hakimləri açıqlandı

Martın 22-də Lüksemburq və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2014-cü il dünya çempionatının oyununa hakim təyinatları açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “cırtdan ölkə”dəki “Josy Barthel” stadionunda baş tutacaq qarşılaşma irlandiyalı hakimlər briqadasına həvalə olunub.

 

36 yaşlı referi Padreyt Sattona Siaran Delani və Dermot Broyton laynsmanlar, Neyl Doyl isə ehtiyat hakim qismində yardımçı olacaqlar. Hakim-inspektor Marsel Vanelşoxt (Belçika), komissar Volfqanq Tyerrixter (Avstriya) təyin edilib.

 

Görüş Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827
avatar

Oxşar yazılar