Portuqaliya yığmasının üzvü Luiş Nani karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu “Latsio” ilə razılığa gəlib.
Təcrübəli yarımmüdafiəçi bu gün Roma şəhərinə yollanıb. Tibbi müayinədən keçdikdən sonra Nani “Latsio” ilə rəsmi müqaviləyə qol çəkəcək.
Bu keçidin qarşılığında “Latsio” rəhbərliyinin “Valensiya”ya 15 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted” və “Fənərbaxça” klublarında da oynamış Luiş Nani ötən ildən “Valensiya”nın üzvü idi.