Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku böyük ehtimalla yayda Fransa PSJ-sinin sükanı arxasına keçəcək. Lent.az-ın “Mediaset”ə istinadən verdiyi məlumata görə, 67 yaşlı mütəxəssisə mövsümə 6 milyon avro olmaqla 3 illik müqavilə təklif edilib.
Luçesku isə təklifi qəbul etməyə hazırdır.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Şaxtyor”un Almaniyanın “Borussiya” (Dortmund) komandasına 0:3 hesablı məğlubiyyətindən sonra Mirça Luçesku mövsümün sonunda Ukrayna klubunu tərk edəcəyini bildirib. Donetsk təmsilçisinin hazırda İtaliya “Milan”ına rəhbərlik edən Massimiliano Alleqri ilə maraqlandığı bildirilir. Lakin “Şaxtyor”un baş direktoru Sergey Palkin xəbəri təkzib edib.