Luçesku “gedirəm” deyə-deyə qalası oldu
26 mart 2013 11:39 (UTC +04:00)

Luçesku “gedirəm” deyə-deyə qalası oldu

 

Ukraynanın “Şaxtyor” futbol komandasının baş məşqçisi Mirça Luçesku klubla müqaviləsini uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma 2 il müddətinə nəzərdə tutulub.

 

“Şaxtyor”un sahibi Rinat Axmetov bildirib ki, Luçesku danışıqlar zamanı maddi məsələlərlə maraqlanmayıb. Onun sözlərinə görə, rumıniyalı mütəxəssis komandanı yeni mərhələyə çıxarmaq istədiyini söyləyib.

 

Qeyd edək ki, Mirça Luçesku Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına uduzduqdan sonra mövsümün sonunda “Şaxtyor”u tərk etmək istədiyini deyib. O, 1990-cı illərdə çalışdığı İtaliyaya dönmək niyyətində imiş. Luçesku ilə Fransa PSJ-si, eləcə də İsveçrə və Türkiyə yığmalarının maraqlandığı da yazılıb. Amma sonda o, 2004-cü ilin mayından rəhbərlik etdiyi və 6 dəfə Ukrayna çempionluğu, 4 dəfə Ukrayna Kuboku və 2009-cu ildə UEFA Kubokunu qazandığı “Şaxtyor”da qalmalı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar