Luçesku: "Qalatasaray" üçün "Şaxtyor"dan ayrılmaram
01 noyabr 2014 15:44 (UTC +04:00)

Luçesku: "Qalatasaray" üçün "Şaxtyor"dan ayrılmaram

Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku "Qalatasaray"ın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı xəbərləri təzkib edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Luçesku deyib ki, Donetsk klubundan ayrılmaq istəmir: “Ölkədə olan ağır duruma baxmayaraq, “Qalatasaray” üçün "Şaxtyor"dan ayrıla bilmərəm. Komanda ilə müqaviləm var və işimi sonadək davam etdirmək istəyirəm. Çempionlar Liqasında ilk oyunlarımız pis alınmadı. Ölkə çempionatında gərgin mübarizənin içindəyik. Belə bir vəziyyətdə “Şaxtyor”u yarı yolda qoymaram”.

Qeyd edək ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ın baş məşqçisi olub.

# 845
avatar

Oxşar yazılar