Levon Aronyanın iç üzü açıldı
16 mart 2013 12:21 (UTC +04:00)

Levon Aronyanın iç üzü açıldı

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən İddiaçılar Turnirinin ilk yarış günündə baş sponsor SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qəbul və şam yeməyi təşkil edib. Lent.az-ın turnirin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə şirkətin vitse-prezidenti Elşad Nəsirov və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qısa nitq söyləyiblər.

 

Ardından qonaqlar caz, yemək və şərabdan həzz alıblar. Qəbula 8 iddiaçı şahmatçıdan azərbaycanlı qrossmeyster Teymur Rəcəbovdan əlavə, yalnız Ermənistan təmsilçisi Levon Aronyan qatılıb. Onlar ilk turdakı oyunlarını başa vurduqdan sonra tədbirə gəliblər. Aronyan Azərbaycan şirkətinin tədbirində xeyli məmnun görünüb.

 

Qeyd edək ki, İddiaçılar Turniri məhz Levon Aronyanın Azərbaycanda təhlükəsizliyinin qorunmayacağını bəhanə edərək, ölkəmizə gəlməkdən imtina etməsi səbəbindən Böyük Britaniya paytaxtına salınıb. Lakin SOCAR baş sponsor kimi qalıb və təşkilatçı ölkənin nümayəndəsi kimi Teymur Rəcəbov turnirə birbaşa qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343
avatar

Oxşar yazılar