Levandovskidən yeni rekord
25 aprel 2013 10:57 (UTC +04:00)

Levandovskidən yeni rekord

Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinal oyunları üçün rekord müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, əvvəllər heç bir oyunçuya bu mərhələdə bir oyuna 4 qol vurmaq nəsib olmayıb.

 

1997-1998-ci il mövsümündə İtaliya “Yuventus”undan Alessandro Del Pyero, 2009-2010-cu il mövsümündə isə Almaniya “Bavariya”sından İvitsa Oliç “het-trik” edib. Daha 3 oyunçu isə turnir Kuboklar Kuboku adlandırıldığı vaxt bir oyuna 3 qol vurub.

 

Levandovski isə İspaniya “Real Madrid”i ilə ilk yarımfinal matçında “poker” edib. Beləliklə, o, hazırkı mövsüm bombardirlər siyahısında ikinci yerə yüksəlib. İndi polşalı hücumçunun aktivində 10 qol var. Birinci pillədə isə 12 topla “kral klubu”nun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qərarlaşıb. “Barselona”nın forvardı Lionel Messinin isə 8 qolu var.

 

Qeyd edək ki, “Borussiya” ilk yarımfinal matçında “Real Madrid”i 4:1 hesabı ilə yenib. “Bavariya” isə “Barselona”nın qapısından 4 cavabsız top keçirib. Cavab görüşləri aprelin 30-da və mayın 1-də keçiriləcək.

# 918
avatar

Oxşar yazılar