<span style="color:red;">Rio-2016:  <b>Olimpiadalar tarixinin rekordu qırıldı</b>
12 avqust 2016 10:32 (UTC +04:00)

Rio-2016: Olimpiadalar tarixinin rekordu qırıldı

 

 

Amerikalı üzgüçü Maykl Felps 22-ci Olimpiya çempionluğunu qazanıb. Apasport.az saytının məlumatına görə, 200 m məsafəyə kompleks üsulla üzməkdə Rio-2016-nın qalibi olan əfsanə özünün rekordunu yeniləyib.

 

Müasir Olimpiadaların mütləq rekordçusu olan Felpsin hesabında artıq 26 medal var. 22 qızıl, 2 gümüş və 2 bürüncü olan amerikalı fərdi yarışlarda 13-cü dəfə çempionluq yaşayıb.

 

9 dəfə estafetdə qalib olan ABŞ yığmasında yer alan Felps həm də Antik Olimpiya Oyunlarının rekordunu arxada qoyub. Belə ki, qədim yunan atleti Leonid Rodosski eramızdan əvvəl 164-152-ci illərdə ardıcıl 4 Olimpiadada qaçış yarışlarında 12 dəfə çempionluq yaşamışdı.  31 yaşlı Felps 13-cü fərdi zəfəri ilə 2168 ildən sonra rekordu yeniləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

ApaSport TV

Oxşar yazılar