İspaniya La Liqası təmsilçisi başsız qalıb. Apasport.az saytının məlumatına görə, “Almeriya”nın baş məşçisi Fransisko Xavyer Rodriqes istefaya göndərilib.
Klubun rəsmi “tvitter” səhvəsində 36 yaşlı mütəxəssislə yollarının ayrıldığı bayrədə məlumat paylaşılıb. “Almeriya”nın La Liqanın XIV turu çərçivəsində səfərdə “Eybar”a 5:2 hesabı ilə uduzmasından sonra bu haqda rəhbərlik qərar qəbul edib.
Qeyd edək ki, “Almeriya” son 8 turda qələbə qazana bilmir. Hazırda onlar 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.