Kristiano Ronaldo ilin adamı seçildi
23 dekabr 2016 02:49 (UTC +04:00)

Kristiano Ronaldo ilin adamı seçildi

Kristiano Ronaldo Fələstində “ilin adamı” seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə AS nəşri xəbər yayıb.

 

Bildirilib ki, Fələstində prezident Mahmud Abbas da daxil olmaqla 1200 nəfərin iştirak etdiyi təntənəli mərasimdə qalib kimi portuqaliyalı oyunçu elan olunub.

 

Mükafatın bu yaxınlarda İspaniyaya aparılacağı və futbolçuya şəxsən təqdim ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, daim Fələstinə yardımları ilə seçilən Ronaldo bu il ailəsi bombardmanda tələf olmuş 5 yaşlı uşaqla görüşmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar