Klublarımızın və hakimlərimizin penalti “xəstəliy”i - TƏHLİL
22 aprel 2013 11:59 (UTC +04:00)

Klublarımızın və hakimlərimizin penalti “xəstəliy”i - TƏHLİL

“Azərbaycanda 2012-2013-cü il futbol mövsümündə Avropa kuboklarına vəsiqə uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub. Artıq Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi və ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları arxada qalıb. Çempionatın son 3 turunda və ilk ½ final matçlarında baxımlı futbolla tamaşaçı marağını komandaların penaltiyə aludəçiliyi üstələyib”. Lent.az-ın məlumatına görə, bu barədə İdman Araşdırmalar Mərkəzinin (İAM) apardığı təhlildə bildirilir.

 

Qurumun təhlilində qeyd olunur ki, ilk “6-lığ”ın son 3 turundakı oyunların ən azı birində 11 metrlik cərimə zərbəsi təyin edilib. Üstəlik, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki görüşündə penalti qeydə alınıb:

 

Topaz Premyer Liqası

XXV tur

6 aprel: “Neftçi” – “Qarabağ” - 1:2

Penalti ilə: Riçard Almeyda, 35 (“Qarabağ”) hesabı açıb.

 

XXVI tur

13 aprel: “Qəbələ” – “Bakı” – 1:1

Penalti ilə: Rauf Əliyev, 90 (“Bakı”) hesabı bərabərləşdirib.

 

XXVII tur

21 aprel: “Bakı” – “Qarabağ” – 0:1

Penalti ilə: Riçard Almeyda, 87 (“Qarabağ”) qələbə topunu vurub.

 

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

17 aprel: “Neftçi” – “Qarabağ” – 2:1

Penalti ilə: Araz Abdullayev, 62 (“Neftçi”) hesabı açıb.

 

17 aprel: “Bakı” – “Xəzər Lənkəran” – 1:0

Penalti ilə: Marius Pena, 82 (“Bakı”) qələbə topunu vurub.

 

Yalnız “Neftçi” və “Qarabağ” arasında həm Premyer Liqa, həm də Azərbaycan Kuboku qarşılaşmalarında ilk qol “ağ nöqtə”dən vurulub. Qalan 3 görüşdə isə 11 metrlik cərimə zərbəsi son dəqiqələrə təsadüf edib. Penalti qərarları hərəyə 2 dəfə “Qarabağ” və “Bakı”nın, 1 dəfə “Neftçi”nin lehinə verilib. Bununla yanaşı, “Neftçi”, “Qəbələ”, “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə zərərçəkən tərəf olub. Son dəqiqələrdə verilən penalti qərarları 2 dəfə “Bakı”nın, 1 dəfə “Qarabağ”ın işinə yarayıb. Zərərçəkənlərdən yalnız “Qəbələ” və “Xəzər Lənkəran”a penalti vurma şansı tanınmayıb.

 

Ən maraqlı tendensiya isə ondan ibarətdir ki, XXV turda “Qarabağ”la matçda haqsız penalti cəzasına məruz qaldığını iddia edən “Neftçi” Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Qarabağ”ı elə penalti ilə cəzalandırıb. Amma bu dəfə “Qarabağ” narazı qalıb və XXVII tura təsadüf edən “Bakı” ilə görüşü penalti ilə qazanıb. “Bakı”nın özü isə XXVI turda “Qəbələ”ni, Azərbaycan Kubokunun ilk yarımfinal matçında isə “Xəzər Lənkəran”ı penalti zərbəsi ilə məyus edib. Əvəzində “Qəbələ” və “Xəzər Lənkəran” haqsız qərarla üzləşdiklərini iddia ediblər.

 

Penalti qərarını ən ən çox Anar Salmanov verib. O, Premyer Liqada “Qəbələ” – “Bakı”, ölkə kubokunda isə “Neftçi” – “Qarabağ” matçında “ağ nöqtə”ni göstərib. Rəhim Həsənov Premyer Liqada “Neftçi” – “Qarabağ”, Ramil Diniyev “Bakı” – “Qarabağ”, Vüsal Əliyev isə ölkə kubokunda “Bakı” – “Xəzər Lənkəran” oyununda 11 metrlik cərimə zərbəsi təyin edib.

 

İAM-ın təhlilləri onu göstərir ki, penaltiyə aludəçilik təkcə komandalarda deyil, hakimlərdə də müşahidə olunur. Sanki hakimlər komandaların narazılığını növbəti oyunlarda onların lehinə penalti təyin etməklə sığortalamağa çalışırlar. Bu isə ədalətli oyun qaydaları və tamaşaçı marağı ilə bir araya sığmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23