Kloze futboldan gedəcəyi vaxtı açıqlayıb
22 iyul 2014 01:15 (UTC +04:00)

Kloze futboldan gedəcəyi vaxtı açıqlayıb

“Latsio”nun hücumçusu Miroslav Kloze futbol karyerasını başa vuracağı vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin heyətində dünya çempionu olan futbolçu 2015-ci ildə böyük futbola vidalaşacağını deyib.

 

Kloze bunu “Bild” dərgisinə açıqlamasında bildirib.

 

Qeyd edək ki, Kloze Braziliyada keçirilən turnirdə 16-cı qolunu vuraraq, dünya çempionatlarının final turnirləri tarixində ən məhsuldar futbolçu olub. O, həm də Almaniya millisinin tarixində ən məhsuldar futbolçudur.

 

Ötən mövsüm İtaliya çempionatında isə Kloze cəmi 7 qol vurub. Futbolçu müxtəlif zədələr səbəbindən 14 oyun buraxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar