Keçmiş dünya çempionu, 28 yaşlı britaniyalı boksçu Amir Xan rinqə qızıl şortda çıxacaq. Lent.az-ın məlumatına görə, məşhur bokçu A. Xan amerikalı dünya çempionu Devon Aleksandr ilə döyüşəcək. Duel dekabrın 13-də Dünya Boks Şurasının (WBC Silver) himayəsi altında Las Veqasda keçiriləcək.
Məşhur boksçunun qiymətli şortu 24 karat qızıldan hazırlanıb. Qızıl şorta təqribən 47 min dollara yaxın pul xərclənib.
Qeyd edək ki, Pakistan əsilli boksçu dueldə qalib gələrsə, bu, onun 32 döyüşdən 29-cu qalibiyyəti olacaq.