“Mən soyuqqanlılığımı saxlamalıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.
İtaliyalı mütəxəssis İspaniya La Liqasının XXIII turu çərçivəsində “Visente Kalderon” satadionunda “Atletiko”ya darmadağın (4:0) olmalarından danışıb: “Məğlubiyyətə görə, məsuliyyəti öz üzərimə götürürəm. Bu, mənim rəhbərliyimin altında “Real”ın ən pis matç idi. Nəticəni təhlil etmək çox sadədi. “Atletiko” qalib gəldi, çünki oyunda daha yaxşı çıxış edən tərəf onlar idi”.