Türkiyə superliqasına vəsiqə qazanan ilk komanda bəlli olub.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" klubu gələcək mövsüm superliqada oynamaq hüququ əldə edib.
Bu, Türkiyə birinci liqasının 31-ci turunda "Adana Dəmirspor"un evdə "Samsunspor"la 0:0 bərabərə qalmasından sonra rəsmiləşib.
Sona üç tur qalmış ən yaxın izləyiciləri "Osmanlıspor" və "Adana Dəmirspor"u müvafiq olaraq 6 və 7 xal qabaqlayan Kayseri təmsilçisi birbaşa superliqaya vəsiqə verən ilk iki pillədən birini özü üçün təmin edib.
Gələn həftə "Osmanlıspor" və "Adana Dəmirspor"un qarşılaşmasında iki komandadan biri və ya hər iki xal itirəcək. Bu da "Kayserispor"un vaxtından əvvəl superliqaya vəsiqə qazanmasına şərait yaradıb.
Qeyd edək ki, "Kayserispor" bir mövsüm fasilənin ardından yenidən superliqaya qayıdıb.