Kamran Ağayev 6 dəqiqəyə 3 qol buraxdı
19 sentyabr 2015 00:29 (UTC +04:00)

Kamran Ağayev 6 dəqiqəyə 3 qol buraxdı

0

Türkiyə PTT 1-ci Liqasının 5-ci turun oyunlarına start verilib.

 

Qol.Az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb. Futbolçumuzun komandası öz meydanında  "1141 Trabzon"u qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Kamran Ağayev altı dəqiqə ərzində qapısından üç top buraxıb. Matçın 62-ci dəqiqəsində Artarslan, 65-də Kokoc, 68-də isə Aruqin Kamranı məyus edib.

 

Qeyd edək ki, "Karşıyaka" 5-ci  turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar