Jurnalist Mourinyonu İngiltərəyə “apardılar”
12 mart 2013 10:41 (UTC +04:00)

Jurnalist Mourinyonu İngiltərəyə “apardılar”

Joze Mourinyo yayda İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçi postunu tərk edəcək. Lent.az-ın məlumatına görə, bu barədə idman jurnalisti Xose Ramon de la Morena yazıb.

 

O bildirib ki, portuqaliyalı mütəxəssis “kral klubu”nun göstərəcəyi nəticədən asılı olmayaraq, komandadan ayrılacaq. Əsas arqument kimi təcrübəli baş məşqçinin “Real Madrid”in növbəti mövsümü öncəsi təlim-məşq toplantılarının hazırlıq işlərinə və Çin turnesinin təşkilinə  mövsüm öncəsi hazırlıq prosesinə qatılmaması göstərilir. 

 

Mourinyonun karyerasını harada davam etdirəcəyi açıqlanmır. Daha çox İngiltərənin “Çelsi” komandası ehtimal olunur. Onun habelə, “Mançester Yunayted”in sükanı arxasında Aleks Ferqyusonu əvəzləyəcəyi bildirilir.

 

Qeyd edək ki, Joze Mourinyo “Real Madrid”ə 2010-cu ilin mayında gəlib. Bu müddətdə Mourinyo 2 dəfə İspaniya çempionluğu və kuboku, eləcə də Superkuboku qazanıb. O, 4 Avropa ölkəsinin – İspaniya, İngiltərə, İtaliya və Portuqaliyanın çempionu olan yeganə mütəxəssisdir. Portuqaliyalı mütəxəssis Portuqaliya “Portu”su və İtaliya “İnter”i ilə Çempionlar Liqasını da əldə edib.

# 656
avatar

Oxşar yazılar

Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12