Joze Mourinyo kitab yazıb
17 aprel 2013 10:48 (UTC +04:00)

Joze Mourinyo kitab yazıb

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyo özü haqqında kitab yazıb. Lent.az-ın “Football İtalia”ya istinadən verdiyi məlumata görə, əsərin oktyabrda işıq üzü görəcəyi gözlənilir.

 

Çoxlu sayda maraqlı əhvalatların daxil olduğu kitab “Mənim futbolum” adlanacaq.

 

Qeyd edək ki, martda Joze Mourinyo doğma şəhəri Setubalda (Portuqaliya) öz karyerasına həsr olunmuş sərgi açıb. “Joze Mourinyo – 50 il” sərgisi çərçivəsində 50-dən artıq eksponat təqdim olunub. Onlar baş məşqçinin həyatından önəmli anları əks etdirir.

# 542
avatar

Oxşar yazılar