Jak Rogge: “Görək, Bakıdakı ilk Avropa Oyunlarından nə çıxır?”
01 iyun 2013 10:06 (UTC +04:00)

Jak Rogge: “Görək, Bakıdakı ilk Avropa Oyunlarından nə çıxır?”

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Rogge 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarından danışıb. Lent.az-ın məlumatına görə, Rogge hələ 1993-cü ildə bu oyunları keçirmək istədiyini bildirib.

 

Həmin vaxt o, Avropa Olimpiya Komitəsinin prezidenti olub. Lakin sıx beynəlxalq yarış qrafiki Roggenin cəhdlərinə əngəl olub: “Biz uzun müddət Avropa Oyunlarının keçirilməsinin mümkünlüyünü araşdırdıq. Lakin qrafik o dərəcədə sıx idi ki, uzun müddət bu oyunların təşkili mümkün olmadı. Bu yaxınlarda belə bir imkan yarandı və 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək. Baxaq, görək nə çıxır?”

 

Qeyd edək ki, I Avropa Oyunları 2 ildən sonra 12 – 28 iyunda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar