İtaliyanın vergi qurumu  Maradonadan 50 milyon istəyir
26 fevral 2013 07:18 (UTC +04:00)

İtaliyanın vergi qurumu  Maradonadan 50 milyon istəyir

Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona vergi qurumları ilə keçmişdənqalma mübahisəni həll etmək üçün İtaliyaya səfər edib.

 

Lent.az-ın məlumatına görə, Maradona deyib ki, 20 ildir onu izləyən vergi orqanının təmsilçiləri görüşmək niyyətindədir.

 

O, 50 milyon dollar məbləğində gəlir vergisi ödəməməkdə ittiham olunur. Maradona isə vergidən yayınmaq suçunu təkzib edir.

 

İtaliyaya axırıncı səfəri zamanı polis onun saatını, daş-qaşını,  telekanaldakı şou proqramından aldığı qonararı müsadirə edib.

 

Roma hava limanında onu sevənləri böyük coşqu ilə qarşılayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Oxşar yazılar