Fransanın “Lill” klubu ilə İsrailin “Maccabi Haifa” komandası arasında baş tutan hazırlıq oyununda qalmaqal baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fələstinlilərin etirazı səbəbindən oyun yarımçıq saxlanıb.
Belə ki oyunun 85-ci dəqiqəsində meydançaya girən və əllərində Fələstin bayraqları olan etirazçılarlarla israilli futbolçular arasında dava olub. Dava səbəbindən hakim oyunu yarımçıq saxlayıb.