İspaniyada “Ronaldu” filminin nümayişinə başlanıldı
11 noyabr 2015 23:50 (UTC +04:00)

İspaniyada “Ronaldu” filminin nümayişinə başlanıldı

0

Müasir dövrün ən istedadlı futbolçularından sayılan, Portuqaliya millisi və “Real” Madrid klubunun oyunçusu Kriştianu Ronaldu haqqında çəkilən sənədli filmin İspaniya kinoteatrlarında nümayişinə başlanılıb.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, filmin müəllifi məşhur Ceyms Gey-Risdir. O, bundan əvvəl əfsanəvi Formula-1 pilotu Ayrton Senna və müğənni Emma Uaynhaus haqqında çəkdiyi filmlərlə yadda qalıb.

 

“Ronaldu” filmində futbolçu ilə yanaşı, anası Dolosres, oğlu, şəxsi agenti Xorxe Mendes və hətta Lionel Messi də çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar