İspaniya Futbol Federasiyasından “Real”a redd cavabı
12 fevral 2013 04:49 (UTC +04:00)

İspaniya Futbol Federasiyasından “Real”a redd cavabı

İspaniya La Liqasında “El Klassiko”nun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər “Real”la “Barselona” arasında oyun martın 1-də keçiriləcək.

Qarşılaşma  Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Madrid təmsilçisinin rəhbərliyi oyunun cümə günü keçirilməsini istəyib. Onlar buna səbəb olaraq isə “Real”ın martın 5-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə səfər matçında qarşılaşmasını əsas gətirib. Ancaq İspaniya Futbol Federasiyası (İFF) madridlilərin istəyininə rədd cavabı verib.
 

# 1524
avatar

Oxşar yazılar