İspan məşqçi “Qəbələ”dəki planlarından danışdı
18 aprel 2013 13:05 (UTC +04:00)

İspan məşqçi “Qəbələ”dəki planlarından danışdı

Hazırda “Qəbələ” futbol klubunda baş məşqçi vəzifəsini icra edən ispan mütəxəssis Luis Araqon jurnalistlərin suallarını cavablandırıb. O, daha əvvəl komandanın əvəzedici heyətinə rəhbərlik edən mütəxəssis son oyunlarda hakimlərin verdiyi qərarları şərh edib, “Qəbələ”dəki gələcək planlarını açıqlayıb: “Mən komandamın daha çox topla çalışmasını istəyirəm. Məşqlərimizdə ən böyük dəyişiklik budur. Fikrimcə, bizim “Bakı”  ilə keçirdiyimiz oyundakı həmin epizodda penalti yox idi. Təsvirlərə baxdıqdan sonra bu fikirdə qaldım. Məncə, penalti olması üçün böyük kontakt olmalı idi. Bu daha çox simulyasiyaya oxşayırdı. Məncə, rəqib oyunçu daha çox bizim futbolçunu çəkirdi. Bu səhv oyunun nəticəsinə də mənfi təsir göstərdi. Son dəqiqələrdə qələbəni əldən verdik”.

 

L.Araqon qeyd edib ki, komandası rəqiblərə qarşı əzmkar mübarizə aparmağa qadirdir: “Göstərdik ki, biz sonadək oynaya bilərik. Halbuki əvvəlki 3 oyunu uduzmuşduq . Mövsümün sonunadək köklü dəyişikliklər gözlənilmir. Daha çox əvəzedici heyətdən oyunçu cəlb edəcəyik. Çünki əsas heyətdə zədəlilər var. Məqsədimiz qalib gəlməkdir”.

 

“Qəbələ”nin məşqçisi son keçirilən “Neftçi”-“Qarabağ” oyununda da  hakimin penalti qərarı ilə səhvə yol verdiyini düşünür: “Həmin oyununda da böyük ehtimalla penalti yox idi. Belə qərarlar bəzən ədalətsizliklər yaradır”.

 

Klubdakı gələcək taleyinə gəlincə əcnəbi mütəxəssis komandadakı taleyinin rəhbərlikdən asılı olduğunu deyib: “Rəhbərlik harada desə, orda da işləyəcəyəm”.

# 578
avatar

Oxşar yazılar