İslamiadanın bağlanış mərasimi başa çatdı  - <span style="color:red;">YENİLƏNİB
22 may 2017 23:02 (UTC +04:00)

İslamiadanın bağlanış mərasimi başa çatdı - YENİLƏNİB

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində  əvvəlAzərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib.

 

 

APA-nın məlumatına görə, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb. Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib.

 

Daha sonra atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər. Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib. Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, “Amarok” – “İncilər” mahnısını ifa edib. Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı - Elnurun ifasında “Hour of the Wolf” səslənib.

 

Möhtəşəm şounun nümayişundən sonra IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.

 

Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib. Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.

 

İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa çatıb. Beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər. Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb. Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

 

 

 

 

***

 

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi start götürüb.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edir.

 

İslamiadada 268 dəst medal sahibini tapıb.

 

11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.

 

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib.

 

Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar