“Barselona” klubunun sabiq futbolçusu Andres İniyesta karyerasını Yaponiyada davam etdirəcəyini təsdiqləyib.
APA-nın xəbərinə görə, bu barədə A. İniyesta özünün “Tvitter”ində yazıb.
Yaponiyanın “Vissel Kobe” futbol klubunun rəhbəri Xikari Mikitani ilə birgə şəkilini yerləşdirən 34 yaşlı yarımmüdafiəçi yazıb: “Dostumla yeni evimə uçuram”.
Dünya çempionu, ikiqat Avropa çempionu, dördqat Çempionlar Liqasının qalibi, doqquz dəfə İspaniya çempionu olan A.İniyesta 2002-2018-ci illərdə “Barselona”nın şərəfini qoruyub.