“Arsenal”ın türk əsilli alman futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu seçilib.
Apasport.az saytının verdiyi məlumata görə, azarkeşlər arasında aparılan sorğu nəticəsində səslərin böyük çoxluğunu alaraq, aprel ayının ən yaxşısı seçilən Özil bu nominasiyada “Aston Villa”nın futbolçusu Kristian Benteke, “Lester”dən Esteban Kambiasso və “Çelsi”dən Eden Azarı qabaqlayıb.
Son dörd oyunda qalib gələrək “FA Cup” finalına yüksəlməyi bacaran “Arsenal”ın bu uğurunda alman futbolçunun da böyük əməyinin olması azarkeşlərin seçiminə böyük ölçüdə təsir edib.