Rusiyada keçirilən DÇ-2018-də növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulub.
Meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxıb. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparıb. Qarşılaşmanın taleyini 1 qol həll edib. Emil Forsberqin yeganə qolu İsveçi növbəti mərhələyə daşıyıb.
Onların 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşib. “Səkkizliy”in sonuncu cütlüyü Kolumbiya və İngiltərə arasında oyunda bəlli olub. Qarşılaşmanın 120 dəqiqəsində komandalar hərəyə 1 dəfə fərqləndiklərindən, penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq oynayan ingilislər yollarını davam etdiriblər.
Beləliklə, İngiltərə və İsveç 1/4 finalda üz-üzə gələcək.
DÇ-2018
1/8 final
3 iyul
İsveç – İsveçrə - 1:0
Qol: Emil Forsberq, 66
Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu
Kolumbiya – İngiltərə - 1:1
Qollar: Yerri Mina, 90+3 - Harri Keyn, 57 (pen.)
Penaltilər seriyası: 3:4
Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. “Spartak” stadionu