"Arsenal"ın və İngiltərə millisinin sabiq müdafiəçisi Sol Kempbell Londonun meri ola bilər.
Komanda.az xəbər verir ki, sabiq futbolçunun üzvü olduğu "Mühafizəkarlar" partiyası Kempbellin adını, gələn il keçiriləcək London meriyasına seçkilərdə partiyanın namizədi kimi təqdim etməyi düşünür.
Kempbell seçkiləri qazancağı təqdirdə İngiltərə paytaxtının abadlaşdırılması üçün əlindən gələni edəcəyini deyib.
Karyerası ərzində "Arsenal"dan başqa "Tottenhem", "Portsmut", "Nyukasl" kimi klubların şərəfini qorumuş sabiq müdafiəçi İngiltərə millisində keçirdiyi 73 oyunda 1 qola imza atıb. Kempbell karyerasını 2011-ci ildə "Nyukasl"da bitirib.