İngiltərə futbolunda seks qalmaqalı baş verib. Apasport.az saytının məlumatına görə, “Sanderlend”in yarımmüdafiəçisi Adam Conson yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün tutulub.
Belə ki, ingilis polisi futbolçunun evində onu 14 yaşlı qızla yaxalayıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının nümayəndələri millinin sabiq oyunçusunun evində silah da tapıb. Lakin silahın sənədləri olduğu bildirilir. İşlə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, İngiltərə qanunlarına əsasən, 16 yaşından kiçik qızla cinsi əlaqəyə girmək cinayət sayılır.