Hündürlüyə tullanmaq üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva ana olub. Lent.az-ın anspress-əs istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Atletika Federasiyası açıqlama yayıb.
"İyunun 28-də gecə Yelena İsinbayevanın qızı dünyaya gəlib. Uşağın boyu 53 santimetr, çəkisi isə 4 kiloya yaxındır. Yelena və uşaq hazırda özünü yaxşı hiss edir", - deyə açıqlamada bildirilir.
Yelena İsinbayeva 2013-cu ildə Moskvada çempion olduqdan sonra bəyan etmişdi ki, karyerasına ana olmaq üçün bir müddətlik fasilə verir.
32 yaşlı idmançı onu da demişdi ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Rusiyalı idmançı, tatar qızı Yelena İsinbayeva 2004 və 2008-ci illərdə olimpiya çempionu olub.

İkiqat olimpiya çempionu ana oldu
0
0
0
0