IFSS-in Avropa Komissiyasının Prezidenti Bakıya gəlib
24 aprel 2013 14:09 (UTC +04:00)

IFSS-in Avropa Komissiyasının Prezidenti Bakıya gəlib

Volfgang Vebel Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasını istəyir

 

 

Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSS) Avropa Komissiyasının prezidenti Volfgang Vebel Bakıya işgüzar səfərə gəlib.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Volfgang Vebelin  səfərinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının siyahısında idman dırmanmasının da yer almasıdır.

 

Səfər zamanı Volfgang Vebel Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, o cümlədən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək. Eyni zamanda, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klublarının fəalları ilə görüşəcək.

 

Qeyd edək ki, Volfgang Vebel ilk təəssüratında IFSS-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. O, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSS-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSS-nin diqqətini cəlb etdiyini bildirib. Volfgang Vebel səfər çərçivəsində Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi və Federasiyanın idman qurğuları ilə  də tanış olacaq.

 

Qeyd edək ki, bu səfər eyni zamanda iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23