Azərbaycan idmançıları üçün uğurlu finiş
İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı Azərbaycan idmançıları üçün uğurla başa çatıb. Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə keçirilən yarış “ClimBaku” idman dırmanması mərkəzində baş tutub.
Çempionata FAİREX-in "Salavat", "Ekstralife", "Şahdağ", "Zirvə", "Qaya Qartalları", "Ekosport", "Climber", "Gənclik", "AMEAST", "Qərb Universiteti", "Tanrıdağ", "Gəncə", "İrəli", "Rockstone", "Blackstone", "Şəki", "Kəpəz", "Kyanit", "Qafqaz" və digər idman klubları ilə yanaşı, İrandan olan idmançılar da qatılıb. Kişilər və qadınlar arasında boulderinq, çətinlik və sürət növləri üzrə üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar.
Çempionatın final mərhələsinin sonunda qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə medal və sertifikatlar təqdim olunub.
Çempionatın qalibləri:
Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (Ekosport)
2. Ramel Rəhimxanov (Salavat)
3. Yamil Siraclı (Şəki)
Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Reyhan Məmmədova (Ekosport)
2. Aysel Sultanova (Ekosport)
3. Sima Səfərova (Qərb Universiteti)
Çətinlik mərhələsi üzrə (oğlanlar arasında)
1. Hossein Famil Rohani (İran İslam Respublikası)
2. Hossein Sadeghimahani (İran İslam Respublikası)
3. Vahid Bayramov (Qərb Universiteti)
Çətinlik mərhələsi üzrə (qızlar arasında)
1. Hüseynova Könül (Kyanit)
2. Elmira Ghorbanzade (İran İslam Respublikası)
3. Diana Hanina (Black Stone)
Boulderinq mərhələsi üzrə (oğlanlar arasında)
1. Tağızadə Çingiz (Ekosport)
2. Bayramov Vahid (Qərb Universiteti)
3. İbadov Babək (Ekosport)
Boulderinq mərhələsi üzrə (qızlar arasında)
1. Sultanova Aysel (Ekosport)
2. Hüseynova Könül (Kyanit)
3. Məmmədova Reyhan (Ekosport)