Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə “idman dırmanması üzrə respublika çempionatı başlayıb.
Federasiyasının mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, 3 mərhələdə keçiriləcək çempionatda idmançılar bu gün boulderinq, 6 apreldə çətinlik, 7 apreldə isə sürət mərhələlərində qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışlarda yeniyetmə və gənc idmançılar iştirak edir. Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

İdman dırmanması üzrə çempionat başladı
0
0
0
0