I Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağladı
08 yanvar 2015 15:15 (UTC +04:00)

I Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağladı

0

Bakı 2015 İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb. Lent.az-ın məlumatına görə, aparıcı yayım şirkəti olan Sky Italia öz idman kanalları vasitəsilə Oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, Sky Go vasitəsilə Oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.

Sky Italia TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin etmişdir və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur Sky Sport 24 xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.

Saziş öz növbəsində Bakı 2015 üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən Oyunlara  artmaqda olan marağın təzahürüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 645

Oxşar yazılar