Hollandiya millisinin keçmiş futbolçusu rəsmən Bakı klubunda
16 yanvar 2015 15:20 (UTC +04:00)

Hollandiya millisinin keçmiş futbolçusu rəsmən Bakı klubunda

0

Bakı “İnter”i Hollandiya millisinin üzvü ilə rəsmi müqavilə imzalayıb. Lent.az-ın məlumatına görə, "Bankirlər”in bir neçə gün əvvəl Antalyadakı düşərgəsinə qoşulan Ruben Şaken rəsmən Bakı təmsilçisin oyunçusu olub.

“İnter” Hollandiya “Feyenoord”unun yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Feyenoord”dan öncə “Kambur”, “Veendam” və “Venlo”nun şərəfini qoruyub. O, 2012-2013-cü illərdə isə Hollandiya millisində çıxış edib. Şaken əsas komandanın heyətində 6 oyunda 2 dəfə fərqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar