İslandiya paytaxtında ənənəvi beynəlxalq “Reykyavik Open 2013” şahmat turniri start götürüb. Lent.az-ın məlumatına görə, turnirdə 33 ölkədən 227 şahmatçı arasında Azərbaycanı 2 qadın şahmatçı təmsil edir.
Bunlar beynəlxalq qrossmeysterlər Gülnar Məmmədova və Türkan Məmmədyarovadır. İlk turda Məmmədova Argentina şahmatçısı Eduardo Bauza Mersereyə, Məmmədyarova isə İslandiya şahmatçısı Con Ontiverosa qalib gələrək aktivlərinə 1 xal yazıblar.
Festivala fevralın 27-də yekun vurulacaq.