Həm ata oldu, həm də yarımfinalçı
11 aprel 2013 10:41 (UTC +04:00)

Həm ata oldu, həm də yarımfinalçı

İspaniya milli komandasının və “Barselona” klubunun futbolçusu Sesk Fabreqas ikiqat sevinc içindədir. Lent.az-ın məlumatına görə, klubu Çempionlar Liqasında Fransa PSJ-sini üstələyərək, yarımfinala yüksələn gün yarımmüdafiəçinin qızı dünyaya gəlib.

 

Fabreqas bu barədə final fitindən dərhal sonra xəbər tutub. O, dərhal xəstəxanaya rəfiqəsi Daniele Semaanla körpəni görməyə gedib. Fabreqas ilk dəfə ata olub. Valideynləri qıza Liya adını veriblər. 

 

Qeyd edək ki, ilk görüşdə səfərdə PSJ ilə 2:2 hesablı heç-heçə edən “Barselona” evdə də qələbə qazana bilməyib – 1:1. Lakin məhz səfərdə daha çox qol vurduğu üçün “Barsa” yarımfinala yüksəlib.

 

# 833
avatar

Oxşar yazılar