Hayle İbrahimov Azərbaycan tarixinə düşdü
15 sentyabr 2014 16:17 (UTC +04:00)

Hayle İbrahimov Azərbaycan tarixinə düşdü

Mərakeşdə keçirilən atletika üzrə Dünya Kuboku başa çatıb. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 gümüş medalla başa vurub.

 

Bu uğura Hayle İbrahimov imza atıb. Milliləşdirilmiş legionerimiz 3000 m məsafəni 7:53:14 dəqiqəyə qaçaraq finiş xəttinə ikinci çatıb. Əldə olunan bu rekord Azərbaycan tarixinə ilk kimi düşüb.

 

Qeyd edək ki, İbrahimov ötən ay Sürixdə keçirilən Avropa çempionatında 5000 m məsafəyə qaçışda gümüş medala sahib olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar