Türkiyə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, 4 qrupda 6 qarşılaşma baş tutub.
Günün maraqlı oyunu “Türk Telekom Arena”da reallaşıb. Yeni baş məşqçisi Hamza Hamzaoğlu ilə ilk rəsmi matçına çıxan “Qalatasaray” “Əskişəhərspor”u qəbul edib. 6 qolun vurulduğu görüşdə “Cim-Bom” 4:2 hesabı ilə qələbə qazanıb.
“Rizəspor” “Adana Dəmirspor”a 2:1, “Karagömrük” “Samsunspor”a 1:0, “Altınordu” “Bayburt”a 1:0 hesabı ilə qalib gəlib.