Hakimlərimiz yenə “həbs”də
18 mart 2013 15:15 (UTC +04:00)

Hakimlərimiz yenə “həbs”də

Futbol üzrə Topaz Premyer Liqasının XXIV turundan etibarən oyunlara təyinat alan bütün hakimlərin adları oyun günləri açıqlanacaq. Bu haqda Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, oyunların hakimləri xüsusi ayrılmış oteldə qalaraq, hazırlıq keçəcəklər. Məmmədov bildirib ki, bu addım çempionatın həlledici mərhələyə qədəm qoyduğu vaxtda hakimlərin kənar təzyiqlərdən qorunması üçün atılıb. Növbəti turun görüşləri martın 30-da olacaq. Komitə sədri bu qərarın final mərhələsinin ilk turundan, yəni XXIII turdan tətbiq olunmamasının səbəbini özünün həmin vaxt Azərbaycanda olmaması ilə əlaqələndirib.

 

Qeyd edək ki, Premyer Liqanın final mərhələsində hakimlərin gizlədilməsi üsulundan əvvəlki 3 mövsümdə də istifadə olunub. 

# 1250
avatar

Oxşar yazılar