<b>Hakimi döyən azərbaycanlı futbolçuya ağır cəza</b>
14 mart 2018 16:25 (UTC +04:00)

Hakimi döyən azərbaycanlı futbolçuya ağır cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının “Gənclik” – “Füzuli” oyununda baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar verilib.

 

Lent.az-ın  AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüş tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Həmin dəqiqədə meydan sahiblərinin futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Komanda yoldaşları Elman İsgəndərov və Fərid Ağabəyli isə hakimi təhqir etdikləri üçün 4 oyunluq diskvalifikasiya olunublar.

 

"Gənclik” klubuna xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar

Neymar “Santos”da qalır

Neymar “Santos”da qalır

25 iyun 2025 , 13:29
Modriç  bu klubda oynayacaq

Modriç bu klubda oynayacaq

25 iyun 2025 , 09:39
Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

24 iyun 2025 , 22:22
10 ən bahalı  transferlər - SİYAHI

10 ən bahalı transferlər - SİYAHI

24 iyun 2025 , 19:59
Messinin ad günüdür:  38 yaşı tamam olur

Messinin ad günüdür: 38 yaşı tamam olur

24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi

Timsah məşq edən futbolçunu yedi

24 iyun 2025 , 11:30
Alonso gələn kimi onu 90 milyona satır

Alonso gələn kimi onu 90 milyona satır

24 iyun 2025 , 09:54
"Benfika" "Bavariya"nı məğlub edib  1/8 finala yüksəldi

"Benfika" "Bavariya"nı məğlub edib 1/8 finala yüksəldi

24 iyun 2025 , 02:53